Təbrizdə “Azərbaycanım” oxudular – VİDEO
İranda prezidentliyə namizəd Məsud Pezeşkianın seçicilərlə sonuncu görüşlərindən biri Təbriz şəhərində baş tutub.
Modern.az xəbər verir ki, görüşdə Rəşid Behbudovun məşhur “Azərbaycanım” mahnısı səsləndirilib.
Görüş iştirakçıları mahnını müşayiət edib.
Qeyd edək ki, sabah İranda növbədənkənar prezident seçkiləri keçiriləcək. Namizədlər artıq seçki kampaniyasını başa vurublar.
Günaz TV məlumat verir ki, ötən gün daha bir namizəd, Tehran meri Əlirza Zəkani də namizədliyini geri götürüb.
Ondan əvvəl mühafizəkar siyasi cərəyana mənsub olan İranın vitse-prezidenti Seyyid Əmir Hüseyn Qazizadə Haşimi də namizədliyini geri götürdüyü barədə bəyanat yayıb.
Hər iki namizədin geri çəkilməsi mühafizəkar qanadın çağırışları və tələbləri əsasında baş verib.
Onlar azərbaycanlı namizəd Məsud Pezeşkianın qalib gəlməməsi və mühafizəkar namizədlər arasında səslərin paylanmaması üçün bu addımı atıblar.
Hazırda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafa da müraciətlər olunur, ondan Əli Xaməneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin xeyrinə namizədliyini geri götürməsi istənilir.