MSK Müsavatın səlahiyyətli nümayəndələrini qeydə aldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müsavat Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
APA xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
İclasda Müsavat Partiyasının 30 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə 6 səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.