Türkiyə polisi SOCAR-ın ofisinə hücumun 13 iştirakçısını saxlayıb
Mayın 31-də Socar neft şirkətinin İstanbuldakı ofisinə hücumu hakim Ədalət və İnkişaf Partiyasına yaxın gənclər təşkil edib.
Fələstini dəstəkləyən bu fəallar Socar-ın digər obyektləri qarşısında da Azərbaycan neftinin İsrailə tədarükünü dayandırmaq tələbi ilə bənzər aksiyalar keçirməyi planlaşdırırlar.
Qeyri-rəsmi məlumatlara görə, ofisə hücum edənlərdən saxlanılan olmayıb. Polis yalnız aksiya başa çatdıqdan sonra binanın qarşısında kordon qurub. Bundan əlavə, polis fəalların bina qarşısında mitinq keçirməsinə icazə verib. Mitinq zamanı onlar Azərbaycan nümayəndələrinə qarşı təhdid və təhqirlər səsləndiriblər.
Yerli mənbələrin məlumatına görə, Türkiyədə İsrailin Qəzzə bölgəsinə qarşı təcavüzünü pisləmədiyinə görə rəsmi Bakının siyasətinə qarşı narazılıq artır.
Maraqlıdır ki, Türkiyədə rəsmi dairələr Socar-ın ofisinə hücumu pisləməyib.
* * *
SOCAR-ın İstanbuldakı ofisinə hücum olub
Cümə günü bir qrup Fələstin tərəfdarı Azərbaycanın neft şirkəti Socarın İstanbuldakı ofisinə hücum edib. Onlar Azərbaycanı İsrailə neft tədarük etməkdə günahlandırıb və bunun dayandırılmasını tələb ediblər.
Xuliqanlar binanın divarlarına qırmızı boya töküb və içəri girməyə cəhd edoblər. Mühafiçilər hücum edənlərin qarşısını almağa və onları binadan uzaglışdırmaga çalışıb.
Turan