Arif Hacılı amerikalı diplomatla görüşüb
Bu gün Müsavat Partiyasının qərargahında Müsavat Partiyasının Məclisinin sədri Arif Hacılı ABŞ-ın ölkəmizdəki səfirinin siyasi məsələlər üzrə müşaviri Diana Braunla görüşüb.
Görüşdə Azərbaycanda çağdaş durum, 1 sentyabr tarixə təyin edilmiş parlament seçkiləri və digər məsələlər ətrafında fikir mübadiləsi olub.
Görüşdə Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı iştirak edib.