Abzas media işində həbs edilənlərə qarşı yeni ittihamlar
Avqustun 16-da “Abzas Media işi” üzrə həbs olunan iqtisadçı Fərid Mehralızadəyə qarşı 7 ağır maddə ilə yeni ittiham irəli sürülüb. Bu barədə məlumatı onun həyat yoldaşı Nərgiz Muxtarova verib.
“Fərid Mehralızadəyə qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb”, – deyə iqtisadçının həyat yoldaşı “Facebook” hesabında yazıb.
Həmin gün “Abzas”ın jurnalisti Nərgiz Abasalamova qarşı da eyni ittihamlar irəli sürülüb. Çox guman kı, İş üzrə bütün digər müttəhimlərdə eyni ittihamla üzləşəcəklər.
* Fərid Mehrəlizadə iyunun 1-də Bakının Xətai Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs edilib. O, Abzas media işi üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub.
Prosesdə Mehrəlizadə təqsirli olmadığını, Abza media ilə heç bir əlaqəsi olmadığını bildirib.
İqtisadçı həbs zamanı fiziki təzyiqə məruz qaldığını da bildirib.