Müsavat Partiyası Pres reliz yaydı

Müsavat Partiyası seçkinin gedişatı ilə bağlı Pres reliz yaydı

Pres reliz – 1

Müsavat Partiyasının Seçki qərargahına seçki gününün ilk saatlarından qanun pozuntuları barədə məlumatlar da daxil olur.

Hələlik əsas problemlər müşahidəçilərimiz və “karusel” əməliyyatları ilə bağlıdır.

8 saylı Binəqədi birinci seçki dairəsinin bəzi məntəqələrində müşahidəçilərin məntəqələrə biraxılması ilə bağlı problemlər yaradılıb.
İndi məlumat aldıq ki, 8 saylı dairənin 12 saylı məntəqəsində seçki prosesinə heç bir müdaxiləsi olmadığına baxmayaraq Müsavatdan olan müşahidəçi polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılır.

***
21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 26 saylı məntəqəsində “karusel” əməliyyatını qeydə alan müsavatçı Cəmaləddin Heybətə təziq edilir.

***
31 saylı Suraxanı ikinci seçki dairəsində Müsavat Partiyasından deputatlığa namizəd Ərzulla Bulud “karusel” əməliyyatı həyata keçirən qrupun bir-neçə məntəqədə səs vermək cəhdlərini qeydə alıb.

 

Basta2