Müsavat seçki pozuntuları ilə bağlı İkinci pres relizini yaydı

Press-reliz 2

Seçki məntəqələrində “karusel” əməliyyatı kütləvi hal alıb.

17 saylı seçki dairəsinin 24 saylı məntəqəsində hətta Bakı şəhərində deyil, respublikanın rayonlarında qeydiyyatda olan şəxslərin səs verməsi halları aşkar edilib.

***
8 saylı seçki dairəsinin 31 saylı məntəqəsində qeydiyyatda olmayan şəxslər səs verir. Bununla belə bu məntəqəyə 62 seçicinin gəlməsinə baxmayaraq DSK ya 180 nəfərin iştirakı barədə məlumat verilib.

***
8 saylı seçki dairəsinin 15 saylı məntəqəsində polis əməkdaşları seçicilərə hakimiyyət namizədinə səs vermək təlimatı verir.

***
Bakı şəhərində seçki komissiyaları üzvlərinin bir çoxu Seçki Məcəlləsinin 36.2 maddəsinə zidd olaraq müvafiq seçki dairələrinin ərazisində qeydiyyatı olmayan şəxslərdən ibarətdir.

***
71 saylı Cəlilabad şəhər seçki dairəsinin ərazisində “karusel” əməliyyatı əvvəlki dövrlərdə oıduğu kimi avtobuslar vasitəsi ilə deyil, minik avtomobilləri vasitəsi ilə həyata keçirilir.

 

Basta2