Müsavat Partiyasının Üçüncü pres-relizi

Press reliz -3

 

94 saylı Ucar seçki dairəsinin 2, 4, 9 cu seçki məntəqələrində “ karusel” əməliyyatını “onbaşı” və “yüzbaşı” lar həyata keçirir. Prosesə din xadimləri də cəlb edilib. 

“Karusel” əməliyyatına etraz edən Müsavat Partiyasının deputatlığa namizədi Zakir İsmayıl polislə hədələnib. 

 

***

71 saylı Cəlilabad şəhər seçki dairəsinin eyni binada yerləşən 12 və 13 saylı məntəqələrinin qarşısında bloger Bəhruz Əliyevə fiziki təzyiq göstərilməsi və telefonun sındırılması barədə məlumat yayılıb. 

 

***

71-saylı Cəlilabad seçki dairəsinin 10 saylı məntəqəsində siyahı ilə 12 seçiciyə bülleten verildiyi halda, qutuya 50-dən artıq bülleten salındığı müəyyən edilib. 

 

*** 

71 saylı Cəliabad şəhər seçki dairəsinin 14 saylı seçki məntəqəsində bülletenlərin topa şəklində qutuya salınması müşahidəçilər tərəfindən aktlaşdırılıb. 

 

***

72 saylı Cəliabad kənd seçki dairəsinin 7 saylı seçki məntəqəsində, məntəqə sədrinin stolunun üstündə küncü kəsilmiş bülletenlər aşkar edilib. 

 

***

Müsavat Partiyasından olan müşahidəçilərin verdiyi məlumata görə ölkə ərazisi üzrə ümumi seçici fəallığı çox aşağı həddə olub.

 

Basta2