İsa Qəmbər və Arif Hacılı Lissabondakı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edirlər
“Portuqaliyanın Lissabon şəhəri yaxınlığında Avropa Parlamentinin əsas təşkilatlarından biri olan ALDE-nin növbəti konqresi öz işinə başladı”. Bunu Müsavat Məclisinin sədri Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, Konqresin işində Azərbaycanı Müsavat başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı təmsil edirlər.
***
İsa Qəmbər və Arif Hacılı Lissabona dəvət olundu
Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq tədbirə dəvət edilib.
Müsavat başqanı İsa Qəmbər ALDE konqresinin toplanyısında Avropanın 30 dan artıq ölkəsini təmsil edən siyasi partiya liderlərinin görüşündə iştirak edəcək.
Arif Hacılı konqres günlərində Cənubi Qafqaz Respublikaları siyasi partiya liderləri və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə təşkil olunan Cənubi Qafqaz regionunun problemlərinə dair Dəyirmi Masada Azərbaycanı təmsil edəcək.