60-dək ABŞ konqresmeni Blinkeni Əliyevə təzyiq göstərməyə çağırıb
ABŞ-ın 60-dək millət vəkili oktyabrın 13-də dövlət katibi Antoni Blinkeni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırıb.
Reuters agentliyi yazır ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkenə Azərbaycana bütün siyasi məhbusların azad edilməsi üçün “hiss olunacaq tədbirlərin” görülməsi və Ermənistana qarşı provokativ bəyanatların verilməsinin dayandırılması üçün təzyiq göstərilməsinə çağırış edib.
Reuters yazır ki, “COP29 Azərbaycan” onun sorğularına hələ ki, cavab verməyib.
Ötən il Dubayda keçirilən COP28 iqlim konfransında BMT tədbiri üçün ev sahibliyini qəbul etdiyini bildirən Bakı demişdi ki, iki tərəf arasında əldə olunmuş razılaşmaya əsasən Ermənistan onun ev sahibliyinə etiraz etmir.
Bakı Yerevanın bu hərəkətinə cavab olaraq onlarca erməni əsiri azad etmişdi.
Bir sıra beynəlxalq təşkilatlar ölkədə insan haqlarının bərbad olmasına görə COP29-a ev sahibliyinin Azərbaycana verilməsini tənqid edirlər. Bu
Azərbaycan rəsmiləri isə bildirirlər ki, ölkədə insan haqları qorunur və azadlıqlar təmin edilir.
AzadlıqRadiosu