Əfqan Sadıqov 20 gündür aclığı davam etdirir
Gürcüstanda həbsdə olan Azel TV saytının rəhbəri Əfqan Sadıqov vəziyyətinin ağır olmasına baxmayaraq, penitensiar müəssisənin xəstəxanasında aclığı davam etdirir və tibbi yardımdan imtina edir, bu barədə Turan-a onun həyat yoldaşı bildirib.
Onun sözlərinə görə, Əfqan çərşənbə günü Gürcüstan Penitensiar Xidmətinin Tibb Müəssisəsindən ona zəng edib. “Onun vəziyyəti ağırdır, həkim müşahidəsi altındadır, lakin istənilən tibbi yardımdan imtina edir. Əfqan deyib ki, içməli sudan başqa heç nə qəbul etmir. Əfqan ölsə də, öz hüquqları və azadlığı uğrunda mübarizəni davam etdirəcəyini bildirib”, deyə həyat yoldaşı qeyd edib.
* Əfqan Sadıqov təqibdən ehtiyatlanaraq, 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. İyulda o, Gürcüstandan Türkiyəyə buraxılmayıb, yalnız Azərbaycana gedə biləcəyi bildirilib.
Avqust ayında Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Sentyabrın 21-dən o, həbsinə və ona sığınacaq verilməməsinə etiraz əlaməti olaraq aclıq edir.
Oktyabrın 8-də aclıq nəticəsində onun vəziyyəti pisləşib və o, Gürcüstan Penitensiar Xidmətinin Tibb Müəssisəsinə köçürülüb.