Rusiyanı vurmaq üçün Ukraynanın raketləri varmı?

The New York Times xəbər verib ki, Bayden Ukraynaya ABŞ istehsallı ATACMS-larla Rusiyanın(söhbət Kursk vilayətindən gedir) dərinliyinə zərbələrə icazə verib. Dalınca The Times xəbər verib ki, Fransa və Böyük Britaniya Ukraynaya Storm Shadow/SCALP-larla Rusiyanın dərinliklərinə(Kursk vilayətində) zərbələrə icazə verib.

Söhbət ABŞ istehsallı M39A1(ATACMS IA) və M48-lərdən gedir(ATACMS QRU), onların zərbə məsafəsi 306km-dir. Storm Shadow/SCALP EG-lərin də zərbə məsafəsi 300 km-dir. Məsələ raketlərlə yekunlaşmır, ehtimal var ki, Böyük Britaniya istehsallı “Banshee Jer 80+” və “Tekever A3” kamikadze dronlara da Rusiyanın dərinliklərinə zərbələrə icazə veriləcək. Banshee Jer 80+ zərbə məsafəsi 400 km-dir, Tekever A3-ün isə 1000 km-dir.

Sonra.

Rusiyanın dərinliklərinə ABŞ istehsallı raketlərə zərbələrə icazə vermək yaxşı təşəbbüsdür, amma həmin raketlərin olmadığı təqdirdə bu təşəbbüs boş sözlərdən başqa bir şey deyil, indi isə əsas sual yaranır, bu raketlər varmı? Təbii ki, Baydenin qərarının mətbuata sızması son mərhələ idi, qərar bir neçə gün qabaq verilib, qərar verilməmişdən qabaq təxmini 2 həftə qabaq həmin raketlərin Pentaqonun bazalarında Ukraynaya intensiv tədarükü başlamışdı, başqa sözlərlə, raketlər yetərincədir.

Bundan əlavə Almaniya hökuməti Ukrayna üçün “mini-Taurus” adlandırılan HF Karma kamikazde dronları verməyə başlayacaq.

Hal-hazrıda Rusiya intensiv şəkildə Kursk vilayətinə hücum üçün qüvvələri səfərbər edir, o cümlədən Şimali Koreyadan gələn qüvvələri. Putinə hava-su kimi 2025-ci ilin fevral ayına qədər Kursk vilayətində nəzarəti bərpa etmək lazımdır ki, potensial danışıqlarda daha güclü mövqedə olsun.

Ukraynaya ABŞ istehsallı raketlərlə Rusiyanın dərinliklərinə zərbələrə icazə faktı, Kursk vilayətində hərbi duruma ciddi təsir edəcək, ona görə ki, Rusiyanın bu günə qədər qurduğu loqistikanın təhlükəsizliyi artıq aktual deyil və əsas hərbi-loqistik obyektlər hədəfə çevrilib. Amma yenə də məsələ ABŞ-ın Ukraynaya verdiyi raketlərin sayına söykənir.

Qərb hərbi-analitik mərkəzlərin hesablamalarına görə, USQ ABŞ, BB və Fransa istehsallı raketlərin Rusiyanın dərinliklərinə zərbələrə ivazədən sonra Kursk vilayətində hərbi təşəbbüsü əlinə ala biləcək.

Kamran Cəfərov