Həbsxanada jurnalistlərin zorakılıqla üzləşməsinə Müsavatdan sərt etiraz

Noyabrın 18-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda əvvəlcə görülən işlər müzakirə olunub.

Ötən həftə ərzində partiyanın Şəki və İsmayıllı rayon təşkilatlarının yığıncaqları keçirilib. Gizli səsvermə yolu ilə hər iki rayon təşkilatının rəhbər vəzifələrinə seçkilər keçirilib.

Daha sonra Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Vyanaya rəsmi səfəri barədə məlumat verib. Arif Hacılı Avstriya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirdə məruzə ilə çıxış edib. Məclisin sədri səfər əsnasında bir sıra mühacir müsavatçılarla görüşlər keçirib.

Daha sonra ictimai-siyasi vəziyyət müzakirə olunub.

Həbsdə olan jurnalistlər Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın təcridxanada zorakılıqla üzləşmələri xəbərinin hiddət doğurduğu bildirilib. Ölkədə repressiyalara son qoyulması, gunahsız tululan jurnalistlərin və siyasi məhbusların azad olunması bir daha tələb edilib.

İclasda Ukraynada və Gürcüstanda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.