İstanbulda azərbaycanlı diplomat 70 kq qızılla saxlanıldı
İstanbul şəhərində azərbaycanlı olduğu deyilən şəxsdə 70 kiloqram qızıl aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediasında yayılan məlumatda deyilir.
Qeyd olunub ki, azərbaycanlı M.G.Ş. adlı şübhəli şəxs Sarıyer səmtində ticarət mərkəzlərinin birinin qarşısında taksidə olarkən Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Taksidə 70 kq qızıl olduğu aşkarlanıb.
Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına qızılların özünə aid olduğunu və diplomat kimi çalışdığını deyib.
APA-nın əldə etdiyi xəbərə görə, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Tutulan şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.
Faktla bağlı araşdırma başlayıb.