Müsavat Divanının gündəliyi
Dekabrın 9-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub.
Partiya Məclisinin dekabrın 7-də keçirilən sessiyasında qəbul olunan qərarlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Yerli və beynəlxalq ictimaiyyətin tələb və çağırışlarına baxmayaraq Azərbaycan hakimiyyətinin ölkədə repressiyaları davam etdirməsi pislənilib. Əsasız olaraq saxlanılan politoloq Azər Qasımlının və siyasi motivlərlə həbs olunan digər şəxslərin dərhal azad olunması bir daha tələb edilib.
Yanvarın 29-na təyin olunan bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparılıb. Qeyd edilib ki, bir sıra rayonlarda yerli təşkilatlar tərəfindən müsavatçıların bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürülməsi prosesi başlayıb.
İclasda həmçinin Suriyada və Gürcüstanda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.