Qazaxıstanda Azərbaycan təyyarəsinin qəzaya uğradığı yeri lentə alan bloger həbs edilildi
Qazaxıstanda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğradığı yeri lentə alan bloger on sutka müddətinə həbs edilib.
Sərsenbayev dekabrın 25-də saxlanılıb. Bu barədə blogerin özü məlumat verərək, onun təbii fəlakət yerindən çəkdirdiyi fotoların dünyanın ən böyük mediası tərəfindən istifadə edildiyini vurğulayıb.
Polis isə öz növbəsində bildirib ki, həmin şəxs ictimai asayişi pozduğu üçün saxlanılıb. “O, hadisə yerinə pilotsuz uçan aparatı işə salmaqla xilasetmə xidmətlərinin işinə və əməliyyat-axtarış tədbirlərinə maneələr yaradıb, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb”, – Qazaxstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Daha sonra blogerin vəkili Aibek Suyudukov bildirib ki, Sarsenbayevin “hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaq” (Qazaxıstan İnzibati Xətalar Məcəlləsinin 667-ci maddəsinin 1-ci hissəsi) maddəsi ilə həbs edilib.
Qeyd edək məhz bu çəkilişlərin sayəsində qəzaya uğrayan təyyarənin Rusiya ərazisində atəşə məruz qaldığı ortaya çıxıb.