Avropa Məhkəməsi Azərbaycanı cərimələyib

Azərbaycan hökuməti Obyektiv Radio və onun təsisçilərinə 6500 avro təzminat verməlidir.

Avropa İnsan Hüquqları Məhkəməsi belə qərar çıxarıb.

Məhkəmə fevralın 18-də bildirib ki, Obyektiv Radio və onun təsisçiləri Mehman Əliyev və Emin Hüseynovun radio yayım üçün lisenziya müraciətinə imtina cavabı verilərkən ifadə azadlığı hüququ pozulub.

Alternativ radio-nun təsisçisi Rəsul Cəfərov isə məhkəmə zamanı hökumətlə “dostca razılaşma” əldə edib və şikayətini geri götürüb. Hökumət ona 3 min avro ödəməlidir.

Ərizəçilər 2010-cu ildə 103.3 FM radio tezliyi üzrə yayım lisenziyası üçün tenderə qatılıblar.

Keçmiş Milli Televiziya və Radio Şurası keçirdiyi tenderdə “Golden Prince” şirkəti qalib elan edilib.

Şirkətin sonradan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovla bağlılığı ortaya çıxıb.

Həsənov 2014-cü ildə bunu BBC-yə özü etiraf edib.

BBC