Zelenski Trampa məktub yazmayıb
Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova ABŞ prezidenti Donald Trampın Konqresdəki çıxışı zamanı prezident Vladimir Zelenskidən Ukraynanın danışıqlara hazır olması ilə bağlı məktub alması barədə bəyanatını şərh edib.
Markarova özünün feysbuk səhifəsində aşağıdakıları yazıb: “Çox çətin vəziyyətdə biz hələ də irəliləyirik, əlaqələri inkişaf etdiririk və prioritetlərimizi irəliləyirik. Prezidentimiz Volodimir Zelenski öz mesajını xalqa müraciətində ifadə edib və prezident Donald Tramp “Onun bu məktubu yazdığına görə təşəkkür edirəm” deyib”.
Zelenskinin mətbuat katibi Serhiy Nikiforov LIGA.net-ə şərhində təsdiqlədi ki, Ukrayna prezidentindən heç bir “məktub” yoxdur və Tramp konkret olaraq sosial şəbəkədəki yazıdan danışır.
ABŞ prezidenti Donald Tramp Konqresin hər iki palatasına müraciətində Ukrayna prezidenti Vladimir Zelenskidən sülh danışıqlarına hazır olduğunu ifadə edən məktub aldığını bildirib.
“Bu gün mən Ukrayna prezidenti Zelenskidən vacib məktub aldım. Məktubda deyilir: “Ukrayna davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. “Heç kim ukraynalılardan daha çox sülh istəmir”, – Tramp bildirib.