“Yelo Bank”ın filial müdiri müştərinin çənəsini sındırıb

“Yelo Bank”ın “Elmlər” filialialının müdiri Vüqar Mirzəzadə xidmətin gecikməsinə etiraz edən müştərini “bas bayıra” deyərək təhqir edib, sonra onu döyərək çənəsini sındırıb.

Bu haqda vəkil Aqil Layıc özünün feysbuk səhifəsində məlumat yayıb. 

“Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız? Azərbaycan Respublikasının Mərkəzi Bankı, belə adamın bank müdiri atestasiyası hələ qüvvədədir?” – deyə Aqil Layıc vurğulayıb.