Putin atəşkəs üçün şərtlər qoydu
Mən nizamlanmaya bu qədər diqqət yetirdiyinə görə Donald Trampa təşəkkür etmək istəyirəm. Biz döyüşlərin dayandırılması təklifi ilə razıyıq, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın əsas səbəblərini aradan qaldırmalıdır.
Bunu Rusiya prezidenti Vladimir Putin martın 13-də mediaya açıqlamasında deyib.
“Ciddədə ABŞ atəşkəs təklif etdi, lakin Ukraynanın özü də yerdəki vəziyyətə əsaslanaraq bunu istəməli idi. Biz atəşkəs tərəfdarıyıq, amma nüanslar var. Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan ərazilərlə nə edəcəyik? Rusiya qoşunlarının irəlilədiyi təmas xəttində məsələlər necə həll olunacaq? Ukrayna bu 30 gündən necə istifadə edəcək? O, səfərbərliyə davam edəcək və silah ehtiyatı yığacaqmı? Bunların heç birinin baş verməməsinə kim təminat verəcək? Atəşkəsin pozulduğunu kim müəyyənləşdirəcək? Bu, ciddi araşdırma tələb edir. Atəşkəs ideyası özlüyündə düzgündür. Biz, əlbəttə ki, bunu dəstəkləyirik, lakin müzakirə edilməli olan məsələlər var”.
Bu açıqlamanı Vladimir Putin Moskvada Aleksandr Lukaşenko ilə görüşdən sonra, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşündən əvvəl verib.