Xankəndi zülmətə qərq oldu – ermənilər zirzəmilərdə gizlənib

Ermənistan mətbuatının verdiyi məlumata görə, Qarabağdakı separatçı rejimin məskunlaşdığı Xankəndi şəhəri zülmətə qərq olub. Azərbaycan ordusunun artilleriya atəşindən sonra şəhərin işıq və qaz təchizatı sistemləri sıradan çıxıb. Bəzi yerlərdə isə artilleriya zərbəsinə məruz qalmamaq üçün işıqlar söndürülüb.

.

Şəhər əhalisinin zirzəmilərdə gizləndiyi və səhərə qədər orada qalacağı bildirilir.

.

Sentyabrın 27-də Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində 7  kənd işğaldan azad edilib.

Belə ki, Azərbaycan ordusu Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kend Horadiz və Yuxarı Əbdurəhmanlı kəndlərini, habelə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgər kəndlərini azad edib.

Bundan əlavə, Azərbaycan ordusu Ağdərin istiqamətində və Murovdağ dağ silsiləsində bir sıra düşmən postlarını məhv edib, yüksəklıkləri nəzarətə götürüb.

.

.

Basta