Novxanıda bayram mitinqi keçirildi – Video

Mayın 28-də Azərbaycan tarixinin ən önəmli hadisəsi – Cümhuriyyət qurulmasının 107-ci ildönümündə Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önündə bayram mitinqi keçiriblər.

Müsavat başqanının müavini Nüşabə Ələsgərlinin aparıcı olduğu mitinqdə Müsavat başqanı İsa Qəmbər, Məclisin sədri Arif Hacılı, Divan üzvü Almaz Əliqızı və başqanın müavini Mustafa Hacıbəyli çıxış ediblər. 

 

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xidmətlərindən danışılıb.  Son yüz ildən artıq müddətdə Azərbaycanın müstəqillik uğrunda verdiyi şəhidləri anılıb, qaziləri, əsgər və zabitləri salamlanıb. Siyasi məhbusların və həbsdəki jurnalistlərin azadlığa buraxılması tələb edilib. 

Mayın 28-də həmçinin AXCP eyni məkanda mitinq keçirib, bir sıra ictimaiyyət nümayəndələri Rəsulzadənin heykəlini ziyarət ediblər.

Müsavat rəhbərliyi həmçinin Fəxri Xiyabanda  mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.