Müsavat Divanının gündəliyi
İyunun 2-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
28 May Respublika Günü ilə bağlı Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirilən bayram tədbiri yüksək qiymətləndirilib. Həmçinin qeyd olunub ki, Zaqatalada müsavatçılar Şəki təşkilatının da təmsilçiləri ilə birgə Rəsulzadənin heykəlini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azərbaycanda pensiya islahatlarının aparılması ilə bağlı təkliflər müzakirə edilib.
Ölkədə, regionda və dünyada cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.