Torba zərərlidirsə, onun satışı niyə davam edir?

Azərbaycanda bir müddət əvvəl marketlərdə qablaşdırma üçün istifadə olunan sintetik torbaların ziyanı ilə bağlı “kampaniya” başladılar. Gözləntilər plastik torbaların ya tamamilə yığışdırılacağı, ya da əvəzində kağız və ya yenidən istifadə olunan alternativlər təqdim olunacağı idi.

Nəticədə plastik torbanı “təbiət düşməni”, “sağlığa zərərli” elan edib sadəcə pul ilə satmağa başladılar. Yəni ziyanlı olduğu qəbul edilən məhsulu ləğv etmək əvəzinə, üstündən qazanc əldə etməyə keçdilər. Bu, nə ekoloji yanaşmadır, nə də ictimai marağa xidmət edən bir tədbir.

Əgər plastik torba zərərlidirsə, onun satışı niyə davam edir? Əgər zərərsizdirsə, niyə əvvəllər pulsuz verilən şeyi indi pulla alırıq?

Bu, sadəcə ekoloji maarifləndirmə adı altında əhalinin cibinə girən yeni bir ticarət mexanizmidir
Sistemin xalqa oynadığı oyunlara daha bir yenisi əlavə olundu: “ekoloji şüur” adı ilə plastik torba biznesi.
Sistemin oyunu davam edir. Tamaşanın adı: “Ətraf mühitin müdafiəsi”
Amma pərdənin arxasında yenə köhnə tamaşa: qazanc, istismar, susqunluq.

Marketdə elə maraqlı sual verirlər ki:

-paket lazım olacaq?
-yox, aldıqlarımı ətəyimdə daşıyacam.

Könül Alı