Müsavat Gənclər Təşkilatına yeni sədr seçildi
Bu gün Müsavat Partiyasının Gənclər Təşkilatının yığıncağı keçirildi.
Partiyadan verilən məlumata görə, gizli səsvermə yolu ilə Mustafasaleh Qəribli təşkilatın yeni sədri seçilib. Yığıncaqda təşkilatın Şura və Nəzarət Təftiş Komissiyasına da üzvlər seçilib.
Yığıncaqda Müsavat başqanı İsa Qəmbər çıxış edərək gənclərə öz tövsiyələrini verib.