Buna görə məhbəsdədir…

Nəriman İlqaroğlu İsmayıl

Ölkənin ən işıqlı adamlarından, ən savadlı və ağıllı siyasətçilərindən biri Azər Qasımlı heç bir günahı olmadan aylardır həbs həyatı yaşayır.

Azər Qasımlı özü də dediyi kimi, zərərçəkmiş olduğu məsələdə təqsirləndirilən şəxs elan edilib.

O, yalnız siyasi fikirləri, sağlam tənqidləri və çıxışlarından sonra ölkə miqyasında tanınmağa başladığı üçün hal-hazırda məhbəsdədir.

Hal-hazırda dünyada və regionda vəziyyət qarışıqdır. Bu qarışıq vəziyyətdə dövlətçilik ağlı olan və heç bir günahı olmayan insanları həbsə atmaq, edilən bir neçə yaxşı işin də üzərindən yağlı xətt çəkir. Çünki bu ölkənin ən qiymətli sərvəti ölkənin gələcəyini düşünən, dövlət ağlına sahib olan insanlardır. Azər Qasımlı da onlardandır. Gələcəyi onlar düşünür və qurur. Düymə ilə işlədilən insanlar isə bütün günü dövlətdən danışsalar da, onların nəinki gələcəyə, heç bu günə də bir xeyri yoxdur.