Ağır zamanlar olub, belə əclafı olmayıb

БЫВАЛИ ХУЖЕ ВРЕМЕНА…

Mətnin altındakı şəkildə gördüyünüz bu uşağın adı Qriqoridir.
Familyası Putilov.
Bu uşaq düz 100 il bundan əvvəl,1925-ci ildə dünyaya gəlib.
Yaşasaydı 100 yaşı olardı.
Qriqorinin 14 yaşı olanda hər gün kolxoz arabası ilə kolxoza su daşıyırmış.Bir gün körpünün üstündən keçəndə arabanın təkərinin biri yerindən çıxır,diyirlənir və gedib düşür çaya.Kolxozçular tökülüşüb nə qədər əlləşirlərsə də arabanın təkərini çaydan çıxara bilmirlər.Bu”əməlinə” görə 14 yaşlı Qriqori Rusiya Federasiyası Cinayət Məcəlləsinin 58-7 maddəsi ilə 5 il azadlıqdan məhrum edilir.
Səhv oxumadınız-araba təkərinin çıxıb çayda itməsinə görə 14 yaşlı uşağa 5 il həbs cəzası.
Günə-gün,düz 5 ili yatandan sonra,1943-cü ildə Qriqori həbsdən azad edilir.
Sonrakı taleyindən xəbərim yoxdur.Bircə onu bilirəm ki,Qriqori Putilov 1989-cu ildə reablitasiya olunub.
Bilirsiniz bunları niyə yazıram?
Yazıram ki,cavan nəsil BİLSİN ki,arabadan açılıb çaya düşən təkərə görə 14 yaşlı uşağa 5 il həbs cəzası verən SSRİ adlı rəzil bir dövlət olub.
Çəkdiyim misaldan həmin dövlətin rəzilliyini təsəvvür edə bildinizmi?
Bildinizsə keçək mətləbə.

Bu gün deputat mandatı verilən bir nəfərin qız övladının sosial şəbəkə vasitəsilə müraciəti məni çox kədərləndirdi.
Bu yazını da elə həmin hisslərin təsiri altında yazıram.
Yazdıqca bir az da kədərlənirəm.
Çöhrəsindən məsumluq yağan bu balamıza kömək edə bilmədiyimə görə cismimdəki hər bir hüceyrəmlə
acizliyimi,
gücsüzlüyümü,
zəifliyimi
hiss edirəm.Dünyada kişi xeylağının öz gücsüzlüyünü his etməsindən ağır şey yoxdur.Dərd orasındadır ki,bu hissi sözlə ifadə etmək də olmur.
CƏMİ İKİ MİSRA
Nikolay Nekrasovun “Müasirlər”poemasında özündə çox böyük məna yükü daşıyan iki misra var.
Əvvəlcə o misraları olduğu kimi deyəcəm,sonra mənasını açıqlayacam.Həmin iki misra belədir:
БЫВАЛИ ХУЖЕ ВРЕМЕНА,
НО НЕ БЫЛО ПОДЛЕЙ.
Dilimizə sətri tərcüməsi belədir:
ƏVVƏLLƏR AĞIR ZAMANLAR OLUB,
AMMA BELƏ ƏCLAFI OLMAYIB.
Nekrasov bu iki misrada onu deyir ki,əvvəllər ağır zamanlar olub,amma bu cür
mənəviyyatsızlıq,
əclaflıq,
namərdlik,
nadəmədliklər olmayıb.
Yəni arabadan açılan bir təkərə görə 14 yaşlı uşağı 5 il qazamata basıblar,bunun adı-AĞIR ZAMANLARDIR.
Yaşadığımız dövrdə isə ay parçası kimi,abır-həyalı qız övladına atalıq etməyi bacarmayana,ayda 6-7 min manat maaşla on minlərlə adamı təmsil etmək səlahiyyəti veriblər.
Bunun adı- BELƏ ƏCLAFI OLMAYIBDIR.

Ölkədə şərəfsizlərə “Şərəf” ordeni verilib.
Zabitinə,əsgərinə lom soxanlara general rütbəsi verilib.
Anasının əmcəyini kəsənlər vəzifə başına keçirilib.
Yazmağı-oxumağı bacarmayan dəyyuslar milyonçu edilib.
EDİLİB.
EDİLİB.
EDİLİB……
Nekrasov БЫВАЛИ ХУЖЕ ВРЕМЕНА deyəndə çaya düşən araba təkərinə görə 14 yaşlı uşağa 5 il iş verən SSRİ adlı şər imperiyasını,xalqlar həbsxanasını nəzərdə tutur.
НО НЕ БЫЛО ПОДЛЕЙ deyəndə isə bugünkü…………. Azərbaycanı.

P.S.”Bugünkü” ilə “Azərbaycanı” arasındakı nöqtələrin yerinə ürəyinizə yatan ifadəni qoymaq müəlliflik hüququna xələl gətirmir.
25 oktyabr 2025.
Bakı

Yazı Emin Eminbəylinin feysbuk səhifəsindən götürülub.