Sərhəddə son durum

Ötən gecə atəşkəs rejiminin əhəmiyyətli dərəcədə pozulması halı qeydə alınmayıb.

Bu haqda Ermənistan KİV-i Respublika Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, cəbhə xəttində vəziyyət nisbətən sabitdir.

Azərbaycanın Müdafiə Nazirliyi son dürüm barədə hələlik məlumat yaymayıb.

Qeyd edək ki, ötən gün sərhədin Kəlbəcər istiqamətində Ermənistanın təxribatı nəticəsində Azərbaycanın bir hərbi qulluqçusu şəhid olub. Cavab atəşi ilə düşmən susdurulub. Ermənistan tərəfi 4 hərbçisinin yaralandığını açıqlayıb.

Basta