Mövlud Çavuşoğlu: “Azərbaycan işğal olunmuş torpaqlarını özü azad edə bilər”

Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək imkanına malikdir. Bunu bu gün Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Qarabağda gedən döyüşlərdə türk hərbçilərin iştirakı ilə bağlı ittihamlara cavab verərkən deyib.

Turan yazır ki, “Azərbaycan öz torpaqlarının müdafiəsi uğrunda mübarizə aparır. Dünyanın harasında torpaqları işğal olunanlara və işğalçılara belə ədalətsiz münasibət var?”, – o “Anadolu” agentliyinin redaktorları ilə görüşündə deyib.

M.Çavuşoğlu deyib ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymayıb və buna görə cavab verməlidir.

Bastainfo.com