Putin “narahatdır” – Bəyanat hazırlanır

Oktyabrın 1-də RF prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətə xüsusi diqqət yetirilib, davam edən döyüşlərlə bağlı son dərəcə narahatlıq ifadə olunub”, – məlumatda deyilir.

Vladimir Putin ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin (Rusiya, ABŞ və Fransa) başçılarının Dağlıq Qarabağa dair birgə bəyanatının hazırlanması barədə müşavirə iştirakçılarına məlumat verib.

Turan