Rusiya, ABŞ və Fransa prezidentlərinin bəyanatı
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin başçıları oktyabrın 1-də birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: “Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Fransa Respublikasının prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişə zonasının təmas xəttində baş verən zorakılığın artmasını qəti şəkildə pisləyirlər.
Həlak olanların və yaralananların ailələrinə başsağlığı veririk.
Biz iştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırırıq.
Biz həmçinin Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk Qrupu həmsədrlərinin yardımı ilə vicdanla və ilkin şərtlər irəli sürmədən nizamlanmanın mahiyyəti üzrə danışıqları bərpa etməklə bağlı öhdəlik götürməyə çağırırıq”, – sənəddə deyilir.
Turan