Trampın iştirak etdiyi tədbirdə atışma

Bu gün Vaşinqtonda ABŞ prezidentinin də qatıldığı tədbirdə  atışma baş verib. Dövlətin yüksək vəzifəli şəxsləri təxliyə olunub, tədbir bir ay sonraya təxirə salınıb. İlkin məlumata görə, ehtimal olunan silahlı şəxs saxlanılıb.

Hadisə Washington Hilton otelinin qəbul zalında baş verib. BBC müxbirlərinin bildirdiyinə görə, tədbirin qızğın vaxtında atəşə bənzər səslər eşidilib.

Bundan sonra Mühafizə Xidmətinin əməkdaşları silahlarla zala daxil olub. BBC müxbirinin sözlərinə görə, agentlər “atəş açılıb” deyə qışqırırdılar.

Yüksək vəzifəli şəxslər dərhal təxliyə edilib. Onların arasında Donald Trump, birinci xanım Melania Trump, vitse-prezident J. D. Vance, müdafiə naziri Pete Hegseth və səhiyyə naziri Robert F. Kennedy də olub.

İlk atəş səslərindən sonra tədbir iştirakçıları masaların altına gizləniblər, sonra təxliyyə ediliblər.