Şuşada erməni hərbçilərin müşavirə keçirdiyi bina darmadağın edilib, azı 19 nəfər ölüb

Erməni hərbçiləri Şuşadakı mədəniyyət mərkəzinin binasında müşavirə keçirdikləri zaman Azərbaycan ordusu bu binanı raket atəşinə tutub və nəticədə azı 19 nəfər ölüb.

Bu haqda “Novaya Qazeta” əməkdaşlarının döyüş bölgəsindən hazırladıqları reportajda məlumat verilib. Bildirilir ki, oktyabrın 4-də erməni hərbçilər atəşdən sığortalanmaq üçün müşavirənin məhz mülki binada keçirmək barədə qərar qəbul ediblər. Lakin yerli sakinlərin ehtimalına görə, daxildəki “xainlərdən biri” bu haqda Azərbaycana məlumat ötürüb və binaya raket zərbəsi endirilib.

Qəzet yerli xilasedicilərə istinadən zərbə vaxtı binada 300-dən artıq erməni hərbçinin olduğunu, onlardan azı 19 nəfərin cəsədinin çıxarıldığını bildirib.

.

Поездка в город Шуши (10 км от Степанакерта) разрушеный дом культуры
Поездка в город Шуши (10 км от Степанакерта) дворец культуры после бомбежки

Basta

.