792 yeni yoluxma
Azərbaycanda koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 49 min 013 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 41 min 051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 298 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 281 min 497 test aparılıb. Bugünkü test sayı 11 353-dir.