Fransa Türkiyədəki səfirini geri çağırdı
Şənbə günü Fransa xarici siyasət idarəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla bağlı açıqlamasının qəbuledilməz olduğunu bəyan edərək, səfir Herve Magronun məsləhətləşmələr üçün ölkəyə çağırıldığını bildirib.
Ərdoğan bu gün Kayseri şəhərində çıxış edərkən Makronun əqli müalicəyə ehtiyacı olduğunu deyib.
“Makron deyilən zatın, İslam ilə dərdi nədir, müsəlmanlarla dərdi nədir? Makronun zehni bir müalicəyə ehtiyacı var. İnanc azadlıından anlamayan, öz ölkəsinde yaşayan milyonlarla fərli inanc mənsubu olan insanlara qarşı bu şəkilde davranan bir dövlət başçısına başqa nə deyilə bilər. İlk növbədə əqlinə (tibbi) nəzarət. İkidə bir Ərdoğan ilə məşğulsan. Ərdoğan ilə məşğul olmaq sənə bir şey qazandırmaz. Zatən bir il sonra seçki var. Seçkidə də aqibətini görəcəyik. Yolunun çox uzaq olduğunu zann etmirəm” – deyə, Ərdoğan Fransa prezidentini tənqid edib.
Basta