Müsavat başqanı Bərdəyə BMT faktaraşdırıcı komissiyasının göndərilməsini tələb edir
“Döyüş bölgəsində ağır məğlubiyyətlərə uğrayan erməni terrorçu silahlı birləşmələri müharibə cinayətlərini davam etdirir”.
Bunu Müsavat başqanı Arif Hacılı Bərdə şəhərinin raket atəşinə tutulması nəticəsində azı 21 mülki şəxsin həlak olması, 70-dən çox insanın yaralanması ilə bağlı özünün feysbuk hesabında etdiyi paylaşımda yazıb.
“Bu artıq Azərbaycan xalqına qarşı soyqırım siyasətinin davamıdır. İnsanlıq əleyhinə olan bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq məhkəməyə cəlb edilməlidir” – deyə, A.Hacılı bildirib.
A.Hacılı Müsavat Partiyası adından Gəncə, Bərdə, Tərtər rayonları ərazisinə təcili olaraq BMT faktaraşdırıcı komissiyasının göndərilməsini tələb edib: “Ümid edirəm və gözləyirəm ki, “Amnesty İnternational”, “Freedom House”, Human Right Watch” kimi beynəlxalq təşkilatlar mülki əhaliyə qarşı törədilən bu müharibə cinayətlərinə dərhal münasibət bildirəcək, döyüş bölgəsindən çox uzaqda yerləşən şəhərlərimizin qadağan olunmuş ballistik raketlərlə atəşə tutulmasının qarşısını almaq üçün təsirli tədbirlər görəcəklər”.
“Əminəm ki, Azərbaycan Azadlıq Ordusunun bu vəhşiliklərə qarşı döyüş meydanında mərdi-mərdanə cavabı gecikməyək. Erməni terroru nəticəsində həlak olanlara allahdan rəhmət, yaralıların tezliklə şəfa tapmalarını diləyirəm. Başın sağ olsun, Vətən” -deyə, A.Hacılı vurğulayıb.
Basta