Əyilməsələr sınacaqlar
Fərz edin ki, düşməni altımıza salıb boğuruq. Onlar da əlimizdən yaxa qurtarmaq üçün çırpınır, ölüm ayağında bizə cırmaq atırlar. Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizdə dinc sakinlərin atəşə tutulması bununla bağlıdır.
Ermənilər çox əlacsız durumdadırlar. Hər gün səfərbərlik elan edirlər. Biz bir dəfə qərarla insanları topladıq, məsələ bitdi… Bəzi çağırışçılar və könüllülər hətta yer olmadığı üçün geri qaytarıldı. Ermənistan isə səfərbərliklə bağlı hər gün çağırış edir, hər gün yeni qərar verir, qanunlar qəbul edir, amma yenə də əskər çatışmazlığı problemini həll edə bilmir. Çünki onlar cəbhəyə getmək istəmir, gedənlər məhv olur, yaxud qaçırlar.
Rusiyanın onlara davamlı olaraq göndərdiyi hərbi texnika da vəziyyəti dəyişmir, çünki PUA-larımız onları məhv edir, ya da döyüş meydanında atıb qaçırlar.
Xəstə təfəkkürə malikdirlər. Sosial şəbəkələrdə ermənilərin hesablarına girib, onların nə düşündüklərini ayırd eləməyə çalışıram. Əksəriyyəti “Dənizdən dənizə böyük Ermənistan” əfsanəsinə, “Kür çayına qədər Qarabağ” xulyasına o qədər inanıb ki, beynəlxalq hüququ, dünyanın indiki düzənini və cəbhə xəttindəki reallığı görmək iqtidarında deyillər. Reallığı dərk edən, məğlubiyyətin qaçılmazlığını dilə gətirən tək-tük insanları isə xəyanətdə günahlandırırlar.
Onlar işğalçı siyasətdən əl çəkmək istəmirlər. Əyilmək istəmirlər. Yahudilərin bir atalar sözü var – sınmaqdansa, əyilmək yaxşıdır. Ermənilər yaxın günlərdə əyilməsələr, sınacalar. Ordumuz onları sındıracaq. Mühasirəyə düşüb qırılacaqlar. Bu məğlubiyyəti, bu yaranın ağrısını 100 il unuda bilməyəcəklər…
Biz çoxuq, onlar azdırlar. Biz haqlıyıq, onlar hasızdırlar. Biz öz torpağımızda döyüşürük. Biz qalib gələcəyik!
Yaşa, şanlı Azərbaycan əskəri. Yaşa Azərbaycan! Sağol Türkiyə!