Daha 16 kənd işğaldan azad edilib, ikisi Xocalının kəndləridir

İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı paylaşım edib.

 

Dövlət başçısı “Twitter” hesabında yazıb:

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”