Azərbaycanda əhalinin əksəriyyəti Rusiya sülhməramlılarının gəlməsinin əleyhinədir – Sorğu
Azərbaycanda əhalinin əksəriyyəti Rusiya sülhməramlı qüvvələrinin Qarabağa gəlməsinin əleyhinədir.
Bu nəticə AzadlıqRadiosunun instaqram səhifəsində keçirilən sorğuda ortaya çıxıb.
Sorğuda iştirak edən 15 mindən çox instaqram istifadəçisinin ümumilikdə 71 faizi Rusiya sülhməramlılarının Azərbaycana gətirilməsinə münasibətinin “pis”, yaxud “çox pis” olduğunu bildirib.
Sorğunun son saata olan nəticələrini təqdim edirik: