Müsavat başqanından hakimiyyətə 7 sual
Arif Hacılı: “Niyə bu məsələlərin müzakirəsi üçün Kriz Masası yaradılmır?”
“Müharibə bitməyib. Ermənistan bu fürsətdən Azərbaycana qarşı fitnəkarlıqlarını davam etdirmək üçün yeni bir başlanğıc kimi istifadə etməyə, yeni münaqişə mərkəzinin plazdarmını yaratmağa çalışır”.
Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Arif Hacılının fikrincə, müddətlərə əməl edilməməsi, üçtərəfli razılaşmada nəzərdə tutulmayan qanunsuz fəaliyyətlər Azərbaycana qarşı tuzaq qurulması məqsədi ilə edilir: “Bu tələyə düşməmək üçün bir-çox suallara cavab verilməli, bu sualları yaradan səbəblər aradan qaldırılmalıdır”.
Daha sonra Arif Hacılı hskimiyyətə cəmiyyəti maraqlandıran bir sıra sualları ünvanlayıb:
” – Qədim və orta əsrlər dünya tarixindən bilirik ki, qalib orduya fəth etdikləri şəhərləri yağmalamaq üçün 3 gün vaxt verilirdi.
İndi AZƏRBAYCAN şəhərlərini, kəndlərini yağmalamaq, evlərimizi yandırmaq, meşələrimizi qırmaq, tarixi yaşayış məskənlərimizi viran qoymaq üçün məğlub erməni ordusuna verilən əlavə 10 günün adı nədir?
– Vəd olunan türk sülhməramlıları haradadır?
Kəlbəcərin Azərbaycana qaytarılması üçün əlavə 10 gün vaxt verilməsinə Bəyannamənin 5-ci bəndinə əsasən nəzarət edəcək iki tərəfdən biri Rusiyanın mövqeyi məlumdur, bəs Türkiyənin mövqeyi necə oldu? Türkiyənin mövqeyi soruşuldumu?
– Azərbaycanın Xankəndi şəhərində Rusiyanın Sərhəd Qoşunları, FHN, XİN və başqa dövlət strukturlarının nə işi var?
– Bu və başqa adlarla ərazimizə gətirilənlərin sayı, “sülhməramlılar”ın 1960 nəfərlik kontingentinin sayına daxildirmi?
– Xankəndinə qayıdış adı illə gətirilənlərin hansı şəhərin sakinləri, hansı ölkənin vətəndaşları olduqlarını kim araşdırır?
– Niyə”sülhməramlıların”nəzarəti altında olan ərazilərdə Azərbaycan dövlət strukturlarının nümayəndələri yoxdur? Niyə heç olmasa yerli jurnslistlətin təhlükəsiz olaraq orada fəaliyyəti təmin edilmir?
– Qarabağın Azərbaycan icmasının rəhbəri, onun aparatı haradadır?”
Arif Hacılı həmçinin bu məsələlərin birgə müzakirə olunması təklifini ifadə edib: “Niyə bu və bu tipli digər məsələlərin müzakirəsi üçün Kriz Masası yaradılmır?”
Basta