Həftəsonu bu taksilər işləyəcək
Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 21 noyabr saat 00:00-dan 23 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları dayandırlacaq.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.