Türkiyədə koronavirus əleyhinə kütləvi peyvəndin tarixi məlum oldu

Türkiyədə koronavirus əleyhinə peyvəndləmə tarixi məlum oldu.

 

Bu barədə məlumat verən ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, dekabrın 11-dən əhalinin peyvəndlənməsinə start veriləcək.

Nazirin sözlərinə görə, ilk növbədə səhiyyə sahəsinin əməkdaşları və yaşı 65-dən çox olan vətəndaşlar peyvənd olunacaqlar.

 

Peyvəndlərin Çin istehsalı olacağı bildirilib.

 

Oxu.az