Müsavat başqanı: “Zəfər Günümüz 10 noyabr yox, 8 noyabrdır”
10 noyabrın Zəfər Günü elan edilməsi yanlış qərardır.
Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
“Rus ordusunun 28 illik fasilədən sonra yenidən ölkəmizə gətirildiyi gün zəfər günü ola bilməz. 10 noyabr bayram günümüz deyil. Zaman keçdikcə, həmin gün imzalanan razılaşmanın ağır nəticələri daha aydın göründükcə, bu həqiqəti hər kəs anlayacaq” – deyə, Arif Hacılı qeyd edib.
“Dünyanın hər yerində Azərbaycan dostlarının qələbəmizin oğurlandığı gün kimi dəyərləndirdiyi 10 noyabrı biz bayrammı edəcəyik?.. Əslində II Qarabağ müharibəsinə aid olan möhtəşəm Zəfər Günümüz var. 8 NOYABR, Şuşanın işğaldan azad edildiyi gün Azərbaycan xalqının və ordusunun Zəfər Günüdür” – deyə, Müsavat başqanı vurğulayıb.
Basta