Hadrutda atəşkəs pozuldu – Rəsmi

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda yenidən hərbi əməliyyatların başlanması barədə məlumat verib.

 

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Həmçinin separatçı birləşmələrin “münasib tədbirlər gördüyü” iddia edilir.

 

Öz növbəsində “Sputnik” Ermənistan Hadrut ətrafında iki kəndin Ermənistan tərəfinin nəzarəti altında qaldığını, lakin bu ərazilərə gedən bütün yolların Azərbaycan tərəfinin nəzarətində olduğunu, bu səbəbdən kəndlərin anklav olaraq qaldığını qeyd edib. Azərbaycan ordusu bu istiqamətdə hücuma keçib. Xatırladaq ki, ötən gün erməni tərəfi Hadrutda təxribata əl atıb və nəticədə Azərbaycan ordusunun bir əsgəri yaralanıb

 

Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Hal-hazırda atəşkəs rejiminə riayət olunur.

 

“İndi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən müharibəyə başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını yenidən dəmir yumruqla əzəcəyik”.

 

Bunu ölkə başçısı İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilə görüşündə bildirib.

 

“Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək” – deyə, İ.Əliyev əlavə edib.