Bakı Rusiyanın Müdafiə Nazirliyini “səhvini” düzəltməyə məcbur edib, sülhməramlıların zonası əvvəlki kimi qalıb

Rusiya hərbiçilərinin Qarabağdakı özbaşınalığı Bakı və Moskva arasında ilk münaqişəyə səbəb olub. İstədiklərini edə və məsələləri istədikləri kimi həll edə biləcəklərini düşünən Moskva generalları yerlərinə oturdulub.

 

Azərbaycan DTX və Müdafiə Nazirliyinin Şuşa rayonunda tərksilah olmamış erməni hərbiçilərinə qarşı keçirdiyi xüsusi əməliyyatdan sonra Rusiya Müdafiə Nazirliyində belə qərara gəliblər ki, onlar müdaxilə etmək və “dinc erməniləri” himayələrinə götürmək hüququna malikdirlər. Sülhməramlılar

Xtsabert və Xin Tağalar kəndlərinə gəlib və orada “nizam-intizam yaratmaq” qərarına gəliblər. Eyni zamanda RF Müdafiə Nazirliyinin saytında sülhməramlıların yerləşmə xəritəsi “qəfildən” dəyişdirilib və genişləndirilib. Belə ki, qeyd edilən kəndlər və Şuşa rayonunun böyük bir hissəsi də onların nəzarəti altında olan zonalar arasında göstərilib.

 

Bütün bu özbaşınalıq haqlı olaraq Bakıda qəzəb doğurub, Rusiya hərbiçilərinin əməlləri üç ölkə liderinin 10 noyabr tarixli Bəyanatının pozulması kimi qiymətləndirilib.

 

Bakının demarşı nəticə verib və dekabrın 15-nə keçən gecə Rusiya sülhməramlılarının yerləşmə xəritəsi ilkin formasına qaytarılıb.

 

Bakı Rusiyanın Müdafiə Nazirliyini

Turan