Erməni silahlılarının əsir götürülməsi Ermənistanı qarışdırdı. Yerevanda və Şirakda aksiyalar başladı

Ötən gün yüzdən artıq erməni yaraqlısının Azərbaycan ordusu tərəfindən əsir götürülməsi Ermənistanda yenidən etiraz aksiyalarının başlamasına səbəb olub.

 

Bu gün səhər saatlarından etibarən övladları Qarabağda itkin düşən erməni əsgərlərinin ailə üzvləri Müdafiə Nazirliyinin binası önünə toplaşıblar. Etirazçılar Ermənistan hökumətini onların övladlarını taleyin ümidinə buraxmaqda ittiham edirlər.

 

Bu gün həmçinin Ermənistanın Şirak şəhərində bir qrup yerli sakin magistral yolu bağlayaraq əsir düşən ermənilərin taleyinə biganə qaldığına görə Paşinyan hökumətinin istefasını tələb ediblər.

 

Qeyd edək ki, dekabrın 15-də Şuşa rayonunun Qaladərəsi kəndində terrorçuluğa cəhd göstərən erməni işğalçıları tərksilah edilib. Sosial şəbəkələrdə paylaşılan məlumata görə, 100-ə qədər erməni silahlısı Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüb. Ehtimal olunur ki, həmin şəxslər 44 günlük müharibə vaxtı fərarilik edərək meşələrdə gizlənmiş şəxslərdir.

 

O