Ukraynada Rusiya və Ermənistana qarşı qadağalar tətbiq edildi

Ukrayna Milli Yazıçılar Birliyi (NSPU) bu ölkənin ərazi bütövlüyünü tanımayan Rusiya və Ermənistandan olan yazıçıların əsərlərini dərc etməyəcək.

 

Qərara əsasən Ukrayna nəşriyyatlarında avtoritar idarəçililiyin hökm sürdüyü ölkələrdən olan müəlliflərin də əsərləri dərc oluna bilməz. Bu sırada  Venesuela, İran, Zimbabve, Kamboca, Çin, Şimali Koreya, Kuba, Laos, Myanmar, Nikaraqua, Serbiya, Suriya və Sudan da var.

 

Həmçinin bu ölkələrin diplomatik nümayəndəlikləri ilə birgə aksiyaların (yaradıcılıq axşamları, dəyirmi masalar, konfranslar və s.) keçirilməsinin dayandırılmasına qərar verildi. NSPU üzvü olan ukraynalı müəlliflərin bu dövlətlərin başlatdığı hər hansı bir tədbirə qatılması qadağandır.

 

Qeyd edək ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım, Donetsk və Luqans vilayətlərini işğal edib. BMT-də səsvermə zamanı Ermənistan  Kiyevin Krım məsələsindəki mövqeyinin əleyhinə səs verib.

 

Basta