Bakı Azərbaycanda Türkiyə HHQ bazalarının yaradılması barədə məlumatları təkzib edib
Azərbaycanda Türkiyənin üç aviabazasının yaradılması planları barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, bir sıra KİV son sutkalar Türkiyə HHQ-nin ağır hərbi nəqliyyat təyyarələrinin Azərbaycanın bir sıra şəhərlərinə uçuşları barədə məlumatlar əsasında belə xəbərləri dərc etməyə başlayıblar. Lənkəran, Qəbələ və Gəncənin adları çəkilib.