Paşinyan çantasını Kremlə niyə etibar etməyib?
Yanvarın 11-də Rusiya paytaxtında keçirilən Putin-Əliyev-Paşinyan görüşündə ən qeyri-adi mənzərələrdən biri, Ermənistan baş nazirinin öz çantasını görüş otağına gətirməsidir. Fotoda göründüyü kimi, Nikol Paşinyan çantasını Kremlin mühafizə xidmətinə təhvil verməkdənsə, onu yanında saxlamağa üstünlük verib.
İstisna deyil ki, Paşinyan Kremldə onun kompüterinə hansısa dinləyici qurğunun yerləşdiriləcəyindən narahat olub.
Qeyd edək ki, Paşinyan yanvarın 3-də dərc etdiyi məqaləsində Ermənistan üçün faciə adlandırdığı 44 günlük müharibənin nəticələrinin Rusiyanın çoxdankı planı olduğunu vurğulayıb.
Düşmən ölkənin rəhbəri olmasına rəğmən etiraf edilməlidir ki, Paşinyan 11 yanvar görüşündə də Putinin xoşuna gəlməyəsi ifadələr səsləndirib. Putin görüşdən sonra keçirilən brifinqdə çıxış edərək, danışıqların səmərəli olduğu barədə rəy yaratmağa çalışsa da, ondan sonra çıxış edən Paşinyan istər “hərbi əsir”, istərsə də kommunikasiyalar məsələsində heç bir razılaşmanın əldə olunmadığını ifadə edib. Bununla o, Putinin vasitəçilik missiyasının uğurları haqda uydurulmaqda olan mifi dolayısı ilə ifşa esib.
Mustafa Hacıbəyli
Basta