Məhkəmə Azərbaycan rəsmilərinin rüşvət ortağı Luka Volonteyə 4 il həbs cəzası verdi
Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Luka Volonte, 11 yanvarda korrupsiya ittihamı ilə dörd il həbs cəzasına məhkum edildi, “Kavkazskiy uzel” İtaliyanın La Repubblica nəşrinə istinadən xəbər verir.
Milan məhkəməsi Volonteni Azərbaycandan olan iki siyasi xadimdən yarım milyon avro almaqda günahkar hesab edib. Məhkəmə qərarənda bildirilir ki, Volonte bu məbləği AŞPA-nın 2013-cü ildə Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatının qəbul edilməsinə mane olmaq üçün alıb.
Prokurorluq hesab edir ki, Volonte üçün vəsaitlər konsaltinq xidmətləri üçün ödəniş şəklində rəsmiləşdirilib. Volonte təxminən 2,4 milyon alıb, ancaq yalnız yarım milyonu sübut edilib.
İtaliyalı millət vəkili Luka Volontenin adı “Kürü Diplomatiyası” qalmaqalında hallanır. O, 2013-cü ilin yanvarında Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatı iflasa uğratmamaq üçün AŞPA-nın bir sıra deputatlarına rüşvət verməyə sərf olunan 2.3 milyon avro Azərbaycandan almaqda ittiham olunur.
2016-cı ildə Milan prokurorluğu Volonteyə qarşı ittiham irəli sürərək istintaq başlayıb. Məhkəməsi 2019-cu ilin iyununda başlayıb.